Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun bəyanatlarından dərin qəzəbini ifadə edən etiraz notası təqdim edilib,
AvroMedia.Az xəbər verir ki, bu haqda Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
“Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və dövlət telekanalında səsləndirilən bəyanatlara dərin hiddət ifadə edən etiraz notası təqdim edilib. Vurğulanıb ki, bunlar Ermənistanın suverenliyinin qəbuledilməz pozulması, düşmənçilik təzahürüdür və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - o vurğulayıb.Qeyd edək ki, Vladimir Solovyov “Ermənistanın itirilməsi Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüquqa məhəl qoymadan təkcə Ukraynada deyil, ölkənin təsir zonasındakı ərazilərdə də xüsusi hərbi əməliyyat keçirməlidir”, - deyib.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA