Pezeşkian nümayişlərə qatıldı
Tarix: 12-01-2026, 20:05
Baxılıb: 2 605
Google+ Paylaş
Tumblr Paylaş

Pezeşkian nümayişlərə qatıldı

12-01-2026, 20:05

İran Prezidenti Məsud Pezeşkian Tehranda etiraz aksiyalarına qarşı təşkil edilən genişmiqyaslı hökumətyönlü nümayişdə iştirak edib.

AvroMedia.Az  xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə başçısı paytaxtın mərkəzində yerləşən “İnqilab” meydanına gələrək aksiya iştirakçılarına qoşulub.
Prezidentlə bərabər, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi də meydanda nümayişçilər arasında yer alıblar.

Qeyd edək ki, parlament sədri Qalibaf aksiyada çıxış edərək son etirazları pisləyib və nümayişçilərə qarşı sərt mövqe nümayiş etdirib.
Xatırladaq ki, hökumətyönlü mitinqlər təkcə Tehranda deyil, həm də bir çox digər iri şəhərlərdə keçirilib. Nümayişçilər dövlətə sadiqliklərini ifadə edərək iğtişaşlara son qoyulmasını tələb ediblər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ