Rusiya Efiopiya Hava Yollarına təyyarələrin icarəyə verilməsi və texniki xidmət sahəsində əməkdaşlıq təklif edib.
AvroMedia.az xəbər verir ki, bu barədə “Ch-aviation” nəşri Efiopiya Mülki Aviasiya İdarəsinə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlar iyulun 29-da Efiopiyanın paytaxtı Əddis-Əbəbədə baş tutub. Rusiya nümayəndə heyətinə Moskvanın bu ölkədəki ticarət nümayəndəsi Yaroslav Tarasyuk başçılıq edib və Efiopiya Mülki Aviasiya İdarəsinin baş direktoru Yohannes Abera ilə görüş keçirib.
Rusiya tərəfi təyyarələrin ekipajla birlikdə icarəsi, texniki xidmətində maraqlı olduğunu bildirib.
Nəşr qeyd edib ki, bu, Rusiya aviaşirkətlərinə yay tələbatının ən yüksək olduğu şəraitdə təyyarə parkındakı kəsiri müvəqqəti olaraq doldurmağa imkan verə bilərdi.
Lakin Rusiyanın mülki təyyarələrin icarəsinə dair Efiopiya ilə danışıqlar aparmaq cəhdləri uğursuzluqla başa çatıb. Efiopiya Mülki Aviasiya İdarəsindən bildirilib ki, onların təyyarə icarəyə vermək səlahiyyətləri yoxdur.
Efiopiya Hava Yollarının baş direktoru Mesfin Tasev də bildirib ki, şirkət Rusiya ilə təyyarələrin mümkün icarəsi ilə bağlı heç bir əsaslı danışıqlar aparmayıb və belə bir razılaşma əldə olunmayıb:
“Rusiya ABŞ-ın sanksiyaları altındadır və Efiopiya Hava Yolları ABŞ-la güclü əməliyyat və kommersiya əlaqələrinə malikdir. Biz beynəlxalq qaydalara və ABŞ qanunlarına uyğun fəaliyyət göstəririk və bu qanunları pozaraq risk almağa hazır deyilik”.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA