Cənubi Koreya hökuməti Şimali Koreya ilə sərhəd boyunca yerləşdirilmiş səsucaldanların sökülməsinə başlayıb.
AvroMedia.az “Report”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
“Bu gündən etibarən ordu səsucaldanların sökülməsinə başlayıb. Bu, gərginliyin azaldılmasına yönəlmiş tədbirdir və silahlı qüvvələrin döyüş hazırlığını təhlükə altına qoymur”, – o qeyd edib.
Əvvəllər bu qurğular vasitəsilə Şimali Koreya ərazisinə pop musiqisi (xüsusilə K-pop) və xəbər bülletenləri yayımlanırdı. Lakin Cənubi Koreyanın yeni Prezidenti Li Çje Men belə yayımların dayandırılması və etimadın bərpası istiqamətində addım atılması barədə göstəriş verib.
İyun ayında Cənubi Koreya hərbçiləri yayımın dayandırıldığını elan ediblər. Növbəti gün Şimali Koreya da səsucaldanları söndürüb.
Rəsmilərin sözlərinə görə, bütün səsucaldanlar həftə sonuna qədər sökülərək yığışdırılacaq, lakin onların dəqiq sayı açıqlanmır.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA