Rusiya Ermənistanda yerləşən Gümrü şəhərindəki 102-ci hərbi bazaya təkcə ağır texnika deyil, həm də şəhər döyüşləri və yaxın məsafəli hərbi toqquşmalar üçün nəzərdə tutulan silahlar göndərir.
AvroMedia.az xəbər verir ki, bu barədə yerli erməni KİV-ləri məlumat yayıb.
Erməni KİV-ləri qeyd edir ki, sözügedən silahların bazaya gətirilməsi son aylarda artan gərginlik və regionda baş verə biləcək potensial toqquşmalar fonunda baş verir.
Məlumata görə, göndərilən silah-sursatlar sırasında snayper tüfəngləri, əl qumbaraları və küçə döyüşlərinə uyğun digər yüngül silah növləri yer alır. Bu addım Rusiyanın Paşinyana qarşı hərbi çevriliş planı olduğunu göstərir.
Rusiya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində fəaliyyət göstərir və bölgədəki mühüm geosiyasi obyektlərdən biri hesab olunur.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA