Çində "Labubu" oyuncaqlarına olan böyük maraq onları təmir edən "həkimlərə" tələbat yaradıb.
AvroMedia.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.Şanxaydan olan Hartman təxəllüslü “oyuncaq həkimi” bildirib ki, yalnız son bir ayda 100 "Labubu" oyuncağını təmir edib. Artan sifarişlər səbəbindən o, həyat yoldaşını da işə cəlb etməli olub və geniş studiya icarəyə götürüb.
Bir "Labubu"nun təmiri, oyuncağın qiymətinin təxminən 10 faizinə başa gəlir. Oyuncağın orta qiyməti isə 99 yuan (təxminən 24 manat) təşkil edir. Ancaq nadir modellər ikinci əl bazarında yüzlərlə, bəzən minlərlə yuana satılır.
Sosial şəbəkələrdə "Labubu" oyuncaqlarındakı cızıqlar və zədələr üçün çoxsaylı məsləhətlər paylaşılsa da, yalnız peşəkar “oyuncaq həkimləri” bu işi keyfiyyətlə və etibarlı şəkildə görə bilir.
Qeyd edək ki, "Labubu" obrazı Honq konqlu dizayner Kasin Lunq tərəfindən “The Monsters” kitabı üçün yaradılıb. Çin şirkəti "Pop Mart" ilk dəfə bu obraz əsasında 2019-cu ildə açar bəzəkləri istehsal edib. Sonradan isə yumşaq oyuncaqlar satışa çıxarılıb. 2025-ci ildə "Labubu" qlobal trenda çevrilib. Böyük tələbat səbəbilə Böyük Britaniyada bu oyuncaqların oflayn satışı müvəqqəti dayandırılıb.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA