ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasında razılığa gəlmək üçün Rusiyaya verdiyi müddəti azaltmaq qərarına gəlib.
AvroMedia.az TASS-a istinadən xəbər verir ki, Tramp 50 gün bitməmiş Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.
“Rusiyaya verdiyim 50 günlük möhlət müddətini daha da azaldacağam. Çünki mən cavabın nə olacağını bilirəm. Biz vəziyyəti nəzərdən keçiririk. Ola bilsin ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməli olacağıq”, - Tramp qeyd edib.
Jurnalistin bunun 50 gündən az müddətdə baş vermə ehtimalı barədə dəqiqləşdirici sualına Tramp belə cavab verib: “Bəlkə də”.
Qeyd edək ki, iyulun 14-ü Ağ Ev rəhbəri Moskva 50 gün ərzində Ukrayna münaqişəsinin nizamlanmasında razılığa gəlməzsə, ABŞ-nin Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcəyini bəyan edib.
O, həmçinin bildirib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməyə davam etməkdə qərarlıdır. Ağ Ev rəhbəri NATO-nun bu prosesi koordinasiya edəcəyini də dilə gətirib.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA