“Naftogaz” qrupuna daxil olan şirkət ilk dəfə Azərbaycan qazının alınması ilə bağlı SOCAR Group-un Ukraynadakı törəmə şirkəti – “SOCAR Energy Ukraine” ilə müqavilə imzalayıb.
AvroMedia.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan qazının sınaq məqsədilə ilk nəqli Transbalkan marşrutu üzrə – Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə həyata keçirilir.
“Bu, kiçik həcmli, lakin strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Eyni zamanda, təchizat mənbələrinin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində daha bir nümunədir”, – deyə “Naftogaz”ın baş icraçı direktoru Serhiy Koretski bildirib.
O, bu razılaşmanın əldə olunmasına dəstək verdiklərinə görə Ukrayna prezidentinə, hökumətə və Energetika Nazirliyinə təşəkkürünü bildirib, həmçinin, Azərbaycandan olan tərəfdaşlara göstərdikləri etimada görə minnətdarlığını ifadə edib.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA