ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı razılıq əldə olunmadığı təqdirdə Rusiya neftinin alıcılarına qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədəsini yerinə yetirəcəyi inandırıcı görünmür.
AvroMedia.az xəbər verir ki, bu barədə "Röyters" agentliyinə açıqlama verən ekspertlər ABŞ liderinin xəbərdarlığını şərh edərkən bildiriblər.
Amerikalı ekspert Fernando Ferreyra deyib: “Biz hesab edirik ki, ikinci dərəcəli rüsumlar ABŞ administrasiyası üçün çox kobud bir alət ola bilər".
O xəbərdarlıq edib ki, bu, əslində gündəlik 4,5 milyon barrel neftin dünya bazarından çıxarılması və ABŞ-ın Rusiya nefti alan digər ölkələrlə ticarət əlaqələrinin pozulması deməkdir. Ferreyra bu planın neftin qiymətində böyük sıçrayışlara və qlobal iqtisadiyyatın çökməsinə səbəb ola biləcəyini vurğulayıb.
Həmçinin qeyd olunur ki, Trampın bu təhdidləri əvvəlcə Venesuelaya qarşı da səsləndirilmişdi, lakin hələlik bu bəyanatlar yalnız kağız üzərində qalıb və Çinin Venesuela neftini almaqda davam etməsinə mane olmayıb.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA