Amur vilayətində təyyarə qəzası qurbanlarının xatirəsinə üç günlük matəm elan olunub.
AvroMedia.az milli.az-a istinadən xəbər verir ki, Rusiyanın Amur vilayətində baş verən ağır təyyarə qəzası ilə bağlı iyulun 25-dən 27-dək üç günlük matəm elan edilib.
Vilayət qubernatoru Vasili Orlov bu barədə özünün Telegram kanalında məlumat verib. O, qeyd edib ki, matəm günlərində Amur vilayətinin bütün ərazilərində dövlət bayraqları endiriləcək:
“Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün region sizinlə birlikdə yas tutur.”
Xatırladaq ki, Xabarovsk-Blaqoveşensk-Tynda marşrutu üzrə hərəkət edən An-24 təyyarəsi Tynda hava limanına eniş etməyə çalışarkən ikinci cəhd zamanı radarlardan itib. Sonradan qalıqları hava limanından 15 kilometr aralıda aşkar edilib.Təyyarədə 7-si uşaq olmaqla 48 nəfər olub. Uşaqlardan 3-ü 1-2 yaş arası qız, 4-ü isə 6-13 yaş arası oğlan idi. Qəza nəticəsində sağ qalan olmayıb.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA