F-16 qırıcıları Rusiya-Ukrayna müharibəsində oyun dəyişdirən (game‑changer) rolunu oynaya bilməz, çünki bu təyyarələr müasir rus aviasiyasına qarşı durmaq iqtidarında deyil.
AvroMedia.az xəbər veri ki, bu sözləri ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib.
“Bu təyyarələr ən müasir rus təyyarələri ilə bərabər səviyyədə döyüşə bilməz. Onlar geri qalırlar. Belə desək, F-16 dördüncü nəsil plus (4+) təyyarədirsə, bütün rus təyyarələri dördüncü nəsil iki plus (4++) kateqoriyasına daxildir. Yəni keyfiyyət baxımından F-16 bir addım geri qalır: eadarlarına, radarın aşkarlama məsafəsinə görə”, - ekspert bildirib.
Onun sözlərinə görə, rus təyyarələri ümumilikdə 10 raket daşıyır, amma onlara 200 km-dən artıq mənzilli iki əlavə raket quraşdırmaq mümkündür, F-16-lar isə buna qadir deyil. Həmçinin F-16 yalnız cəbhə xəttinin yaxınlığında, aşağı yüksəklikdən istifadə edilmək üçün uyğundur, ruslar isə əksinə, yüksəkdən uçuş edirlər.
O izah edib ki, bu səbəbdən raketlərin mənzili təxminən eyni olsa da, Ukrayna Silahlı Qüvvələri F-16-ların raketlərini demək olar ki, zenit raketləri kimi istifadə edir – bu da mənzili iki dəfə azaldır:
“Yəni taktiki və texniki şərtlər baxımından döyüşmək imkanımız yoxdur. “Game-changer” isə yalnız o zaman baş verir ki, texnika hava döyüşlərinin gedişatını dəyişə bilsin”.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA