ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden 2019-cu ildən narkotik və ya spirt istifadə etmədiyini iddia edib.
AvroMedia.az “Unikal”a istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidentinin oğlu bu barədə Endryu Kallaqana verdiyi müsahibədə danışıb. O, Ağ Evdə tapılan kokainin heç vaxt ona aid olmadığını deyib:
Onlar sözün əsl mənasında FTB və Konqresi araşdırmaq niyyətindədirlər, çünki özlərini inandırıblar ki, bu mən olmalıyam. Mən bu məsələni yekunlaşdırmaq üçün qaldırıram: 2019-cu ilin iyun ayından bəri təmizəm”.
Kiçik Baydenin sözlərinə görə, Nümayəndələr Palatasının Ədliyyə və Büdcə Komitəsi qarşısında sorğu-sual zamanı onlar onu “keçmiş narkotik istifadəsinə görə təqib etməyə” başlayıblar. Hanter bunu “Respublikaçılar üçün böyük ailə bayramı” adlandırıb.
Xatırladaq ki, Ağ Evdə ağ narkotiklə bağlı qalmaqal 2 iyul 2023-cü ildə mobil telefon saxlama şkafında kokainin tapılması ilə başlayıb. Bir gün sonra Amerika mediasında məlumat yayılıb ki, Hanter Bayden qanunsuz maddələrin aşkarlanmasından bir neçə gün əvvəl Kapitoliya təpəsindəki binaya baş çəkib.

Azərbaycanda Estoniya səfirliyi açıldı
Yayda soyuq pivə içənlərə xəbərdarlıq
İranda sərnişin qatarı relsdən çıxıb
Müharibədən sonra ilk dəfə görüşdülər
Metro yay qrafikinə keçir
Bu il neçə şagird məzun olur?
Azərbaycanda muzdla çalışanların sayı açıqlandı
Bu sahəyə gənc kadrların cəlb olunmalıdır - Deputat
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Sözün İŞIĞINDA