Bu gün Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Ağsaqqallarla iş üzrə sədir müavini və eləcə də Xəzər rayon təşkilatının sədri Kərimzadə Telman Adıgözl oğlu xeyriyyə konserti təşkil etmişdi.
Xeyriyyə konserti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərdəkan Müalicə Pansionatında keçirildi.
Baş tutan məclisdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xeyriyyə konsertində şairlər, ziyalılar, media nümayəndələri, Reabilitasiya ponsionatının həkim kollektivi, pansionatda müalicə alan əlil və qocalar iştirak edirdi.
Konsertinin aparıcısı, ATXQ.İB - nin Saatlı rayonu üzrə sədri şair - publisist, "Qızıl Qələm" mükafatçısı Ədalət Arazlı özünə məxsus çıxışı ilə məclisə rəng qatdı.
Konsertin sonunda ATXQ.İB-nin Xəzər rayon təşkilatının sədri tərəfindən iştirakçılar diplomla təltif edildi və xatirə şəkilləri çəkildi.
İlhamə Hüseyni

İspaniyada üçgünlük matəm elan edildi
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib
30 yaşa çatmadan bu vərdişləri tərgidin
Qızıl üçün yeni rekord proqnoz: 6 300 dollara çata bilər
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Şənbə günü 38 dərəcə - Hava proqnozu
Təhsil TV-yə direktor təyin edildi
Pulu və noutbuku oğurladı