Alkoqol qəbul edildikdən sonra qana çox sürətlə sorulur, lakin orqanizmdən xaric olması daha uzun vaxt aparır. Onun izləri təkcə qanda deyil, sidikdə, tüpürcəkdə, nəfəsdə, hətta saçlarda belə müəyyən müddət ərzində aşkar edilə bilər.
AvroMedia.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, alkoqolun orqanizmdən xaric olma sürəti içilən içkinin miqdarından, insanın maddələr mübadiləsindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
AvroMedia.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, alkoqolun orqanizmdən xaric olma sürəti içilən içkinin miqdarından, insanın maddələr mübadiləsindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
Alkoqol qəbul edildikdən sonra mədə-bağırsaq sistemindən qana sorulur və daha sonra qaraciyərə çatdırılır. Qaraciyər etanolu əvvəlcə asetaldehidə, sonra isə asetata çevirir. Son mərhələdə bu maddələr sidik, tənəffüs və tər vasitəsilə orqanizmdən xaric edilir. Lakin qaraciyər yalnız müəyyən miqdarda alkoqolu saat ərzində emal edə bildiyindən, artıq qəbul olunan alkoqol bir müddət bədəndə qalmağa davam edir.
Alkoqolun orqanizmdə qalma müddəti fərddən asılı olaraq dəyişsə də, orta hesabla qanda 6-12 saat, nəfəsdə 12-24 saat, sidikdə 12-48 saat, tüpürcəkdə 12-24 saat, saçlarda isə iz şəklində 90 günə qədər aşkar edilə bilər. Bu səbəbdən insan özünü ayıq hiss etsə belə, alkoqol hələ də orqanizmdə mövcud ola bilər.
Alkoqolun xaric olma sürətinə içilən içkinin miqdarı və alkoqol faizi, bədən çəkisi, cins, yaş, qaraciyərin sağlamlığı, maddələr mübadiləsinin sürəti və alkoqol qəbul edilərkən mədədə qidanın olub-olmaması təsir göstərir. Qadınlarda maddələr mübadiləsi adətən daha yavaş olduğundan alkoqolun xaric olması da daha uzun çəkə bilər.
Mütəxəssislər bildirirlər ki, qəhvə içmək, soyuq duş qəbul etmək və ya idman etmək alkoqolun orqanizmdən daha tez çıxmasına kömək etmir. Bu proses yalnız qaraciyərin təbii işləmə sürətindən asılıdır.
Alkoqolun müəyyən edilməsi üçün istifadə olunan testlər də fərqli nəticələr verir. Nəfəs testi alkoqolu ən qısa müddət ərzində aşkar edir. Qan analizi ən dəqiq üsul hesab olunur. Sidik analizi isə alkoqolun parçalanma məhsullarını qandan daha uzun müddət müəyyən edə bilir.
Sağlam yetkin insanın orqanizmi orta hesabla saatda 10–15 millilitr təmiz alkoqolu emal edə bilir. Bu səbəbdən hətta bir qədəh şərabın belə orqanizmdən tam xaric olması bir neçə saat çəkə bilər. Böyük miqdarda alkoqol qəbul edildikdə isə bu proses bir sutkadan da artıq davam edə bilər.
Mütəxəssislər vurğulayırlar ki, alkoqol orqanizmdən ani şəkildə yox olmur və onun xaric olma müddəti hər bir insanın fizioloji xüsusiyyətlərindən, həmçinin qəbul edilən alkoqolun miqdarından asılıdır. Qaraciyərin bu prosesi sürətləndirmək mümkün deyil.

Çində təyyarə 109 mərtəbəli binaya çırpıldı
Azərbaycanlı ekspert beynəlxalq peşəkar platformada təmsil olunacaq
Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq
Fransada anomal istilər: 55 nəfər öldü
Azərbaycan manatının dövretmə sürəti azalıb
Rusiya və Ukrayna əsir mübadiləsi apardı
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Ermənistanda seçki bitdi
Krım və Sevastopolda fövqəladə vəziyyət elan edildi