Paytaxtda yerləşən "Suraxanı bazarı"nın söküntüsünə başlanılıb.
AvroMedia.Az xəbər verir ki, söküntüyə səbəb sözügedən ərazidən keçən dəmiryolu xəttinin bərpasıdır. Bununla bağlı bir neçə gün öncə ticarətlə məşğul olan şəxslərə xəbərdarlıq edilib.
Məsələ ilə bağlı Manşet.az "Azərbaycan Dəmir Yolları" QSC-yə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirilir:
"Dövlət Proqramına əsasən, Yeni Suraxanı–Hövsan və Bakıxanov–Binə–Qala dəmir yolu xətlərinin bərpası işləri çərçivəsində bəzi tikililərin dəmir yolunun mühafizə zonasına düşməsi barədə aidiyyəti üzrə məlumat verilib. Mühafizə zonasında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumlarla birgə iş aparılır".
ADY-dən verilən məlumatda qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində Zabrat–Maştağa–Bağlar xəttinin bərpası üzrə də işlər davam etdirilir.

Çində təyyarə 109 mərtəbəli binaya çırpıldı
Azərbaycanlı ekspert beynəlxalq peşəkar platformada təmsil olunacaq
Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq
Fransada anomal istilər: 55 nəfər öldü
Azərbaycan manatının dövretmə sürəti azalıb
Rusiya və Ukrayna əsir mübadiləsi apardı
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Ermənistanda seçki bitdi