AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil “Airbus A321neo” təyyarəsini əlavə edib.
AvroMedia.Az xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarə 25 iyun 2026-cı il tarixində Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb.
Sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında “Airbus “A319ceo”, “A320ceo”, “A320neo” və “A321neo” tipli təyyarələr istismar olunur.
Yeni nəsil “Airbus A321neo”nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq.

Çovdar çörəyinin bilinməyən faydaları
Xorultunun qarşısını dərmansız necə almaq olar?
Azərbaycan duz istehsalını artırıb
Onlar da avroya keçir
Bakı-Naxçıvan aviareysləri ildırıma görə ləğv edildi
Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
Azərbaycanda ödənişli hərbi xidmət olacaq?
Neftimiz ucuzlaşdı
İçərişəhərdəki bu tədbir havaya görə təxirə salındı
Bu ərazilərdə leysan yağır