Çinin paytaxtı Pekində yüngülmühərrikli təyyarə şəhərin ən hündür binası olan 109 mərtəbəli “CITIC Tower” göydələninə çırpılıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Bildirilib ki, təyyarənin və binanın qırıntıları qəza nəticəsində metrlərlə hündürlükdən yerə tökülüb. Qalıqların binanın giriş hissəsinə düşməsi səbəbindən orada kiçikmiqyaslı yanğın qeydə alınıb. Hadisədən dərhal sonra göydələn sürətlə təxliyə edilib. Ətrafdakı bəzi nəqliyyat vasitələrinə də düşən dağıntılar nəticəsində ziyan dəyib.
Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub, binanın ətrafındakı yollar hərəkət üçün bağlanıb.
Məlumata görə, “Shifosi” hava limanından havalanan “Sunward SA 60L Aurora” tipli təyyarədə yalnız pilot olub. Təyyarə eniş etmək üçün geriyə dönməyə hazırlaşsa da, marşrutdan kənara çıxıb və onunla əlaqə kəsilib.
Qəza nəticəsində ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat verilməyib.

Azərbaycanlı ekspert beynəlxalq peşəkar platformada təmsil olunacaq
Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq
Fransada anomal istilər: 55 nəfər öldü
Azərbaycan manatının dövretmə sürəti azalıb
Rusiya və Ukrayna əsir mübadiləsi apardı
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Ermənistanda seçki bitdi
Krım və Sevastopolda fövqəladə vəziyyət elan edildi