Bu ölkədə rus dilinin rəsmi istifadəsi qadağan edilir
Tarix: Bu gün, 08:29
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkədə rus dilinin rəsmi istifadəsi qadağan edilir

Bu gün, 08:29

Latviya Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən bütün qurum və dövlət şirkətlərində rəsmi fəaliyyətlər zamanı rus dilindən istifadənin dayandırılması barədə göstəriş verib.
AvroMedia.Az  xəbər verir ki, bu barədə LETA agentliyi məlumat yayıb.
Yeni qərara əsasən, beynəlxalq tədbirlərdə, strateji sənədlərdə, reklam materiallarında və rəsmi internet saytlarında rus dilindən istifadə aradan qaldırılacaq.
Nazirlik bildirib ki, qərar Latviya Konstitusiyasında latış dilinin ölkənin yeganə dövlət dili kimi müəyyən edilməsinə, eləcə də, Konstitusiya Məhkəməsinin 30 mart tarixli qərarına əsaslanır.
Bununla yanaşı, yeni qaydalar orijinal dili rus dili olan peşəkar bədii əsərlərə və mədəni fəaliyyətlərə şamil edilməyəcək. Nazirliyin tabeliyindəki qurumlar qərarı iyulun 30-dək tam tətbiq etməlidirlər.
Mədəniyyət Nazirliyinin parlament katibi İvars Abolinş bildirib ki, rus dilinin təşviq edildiyi və vasitəçi dil kimi istifadə olunduğu bəzi inteqrasiya layihələri də yenidən nəzərdən keçiriləcək.
Qərarın fonunda paytaxt Riqadakı Mixail Çexov adına Rus Teatrı da binasının fasadında rus dilində reklam yerləşdirdiyinə görə tənqid olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ