Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcək
Tarix: 29-04-2026, 15:41
Baxılıb: 7 005
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcək

29-04-2026, 15:41

Azərbaycan və Maldiv respublikası vətəndaşları qarşılıqlı olaraq vizadan azad edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.
Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.
Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ