Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, psixiatriya sahəsində də ciddi həkim çatışmazlığı var.
AvroMedia.Az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin Səhiyyə komitəsinin iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
AvroMedia.Az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin Səhiyyə komitəsinin iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
"Bu gün ölkəmizdə bəzi sahələrdə olduğu kimi, psixiatriya sahəsində də hədsiz dərəcədə kritik dərəcədə psixiatrların çatışmazlığı var", -deputat vurğulayıb.
Deputat bölgələrimizdə də bir psixiatra mütəxəssislər, kadrların çox ciddi çatışmazlığın aradan qaldırılması ilə bağlı zəruri addımların atılmasını təklif edib. "Çünki bu sahə həqiqətən getdikcə bütün dünyada da eləcə də Azərbaycanda da mental sağlamlıqla bağlı müəyyən problemlər artma tendensiyası var. Hesab edirəm ki, belə bir kadrı ölkəmizdə milli kadrları yetişdirməkdən bağlı sizin tövsiyələriniz ola bilər",- o qeyd edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da Azərbaycanın bölgələrində ciddi həkim çatışmazlığını təsdiqlədi: "Mövcud problemlə bağlı dəfələrlə Səhiyyə Nazirliyi, TƏBİB, Tibb Universiteti, ekspertlərə dəfələrlə geniş və məhdud də səviyyədə müzakirə edilib.
Əminəm ki,bu istiqamətdə uğurlu addımlar atılacaq. Belə ki, Tibb Universitetini rezidenturanı keçmədən tələbələr Həkimləri Təkmilləşmə İnstitutunda kurs keçməklə regionlardakı boşluqları doldurmaq üçün göndəriləcək. Bundan əlavə olaraq 65 yaşından yuxarı yaşda olan həkimlərin pensiyaya çıxmadan həkim kimi fəaliyyət göstərməsi məsələsinə baxılır. Onların 65 yaşdan sonra da pensiyaya çıxmadan işləməsinə icazə veriləcək. Bu istiqamətdə zəruri işlər aparılır. Əminəm ki, müsbət nəticə olacaq".

Oğlan uşaqlarına nələri qadağan etmək olmaz?
AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb
Tapdq ƏLİBƏYLİ poeziyasının ENERJİSİ
Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?
Niyə paltarları 90°C və ya 40°C-də yumaq düzgun deyil?
Azərbaycanda bəzi mütəxəssislər 20 il gəlir vergisindən azad ediləcəklər
Uşaqlarda məsuliyyət hissini inkişaf etdirməyin yolları
Bu şəxslərin razılığı olmadan belə psixi müayinəyə göndəriləcək
Xəzərdə zəlzələ oldu
Ermənistan malları üçün təcili tədbirlər paketi hazırlanır
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır