Bu şəxslərin razılığı olmadan belə psixi müayinəyə göndəriləcək
Tarix: Bu gün, 13:45
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Bu şəxslərin razılığı olmadan belə psixi müayinəyə göndəriləcək

Bu gün, 13:45

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə razılıqsız da psixiatriya yardımı göstəriləcək.
AvroMedia.Az 
 xəbər verir ki, bununla bağlı "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.
Layihə parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qanuna əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul ediləcək.
Qanuna əlavə edilməsi nəzərdə tutulan daha bir maddəyə əsasən isə psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.
Sənədə əsasən, daha bir dəyişikliklə psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ