Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb.
AvroMedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla görüşüb.
AvroMedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarla görüşüb.
Görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı həmçinin dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin yazılması, Azərbaycan ədəbiyyatının təbliği, görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər dövlət və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və cəmiyyətin mədəni həyatının zənginləşməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır
Putin Paşinyanla nə danışdı?
Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
Azərbaycanda sosialyönlü xərclərin miqdarı artıb
MEDİA-dan İranın Kəşfiyyat Nazirliyinə sərt etiraz
Çindən ABŞ-nin yuxusunu qaçıran addım
Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı
Cərimə meydançasına aparılan maşınların xərcləri sürücüyə qaytarılacaq
KOSMETOLOJİ PROSEDURLAR; RİSKLƏR, REALLIQLAR VƏ DOĞRU SEÇİM
Prezident mühüm Fərman imzaladı
Azərbaycanda yeni cərimə təsdiqləndi