Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb.
AvroMedia.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə (QSC) əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Oxu.az-a bildirib ki, yaranan yubanmaya səbəb elektrik enerjisi təchizatında baş verən kəsinti olub.
"Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisi təchizatında yaranmış kəsintiyə görə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr qeydə alınıb. Hazırda qatarlar qrafikə uyğun hərəkətini davam etdirir", - deyə B.Hacıyev qeyd edib.
Qeyd edək ki, qaynat xəttə müraciət edən sərnişinlər bildirib ki, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib. Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub.
"Qatar iki-üç stansiyanı güclə, yırğalana-yırğalana keçdi. Elə bil aşacaqdı. Daha sonra sərnişinlərə texniki problem olduğu və qatarın mənzilbaşına gec çatacağı bildirildi", - deyə qeyd olunub.

Nazir Anarla görüşmək üçün Yazıçılar Birliyinə getdi
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır
Putin Paşinyanla nə danışdı?
Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
Azərbaycanda sosialyönlü xərclərin miqdarı artıb
MEDİA-dan İranın Kəşfiyyat Nazirliyinə sərt etiraz
Çindən ABŞ-nin yuxusunu qaçıran addım
Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı
Cərimə meydançasına aparılan maşınların xərcləri sürücüyə qaytarılacaq
KOSMETOLOJİ PROSEDURLAR; RİSKLƏR, REALLIQLAR VƏ DOĞRU SEÇİM
Prezident mühüm Fərman imzaladı
Azərbaycanda yeni cərimə təsdiqləndi