BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Fransanın Lanqedok tarixi bölgəsində yerləşən və katar qalaları kimi tanınan istehkamlar kompleksini Ümumdünya İrs Siyahısına daxil edib.
AvroMedia.Az xəbər verir ki, müvafiq qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Koreya Respublikasının Pusan şəhərində keçirilən 48-ci sessiyasında qəbul olunub.
Siyahıya səkkiz istehkam daxil edilib. Onların arasında 1997-ci ildə ayrıca Ümumdünya İrs Siyahısına salınmış Karkason qalası da var. Bundan başqa, Aqilar, Lastur, Monseqür, Peyrepertüz, Püiloran, Keribüs və Term qalaları da siyahıda yer alıb.
Bu qalalar Lanqedokun bir hissəsinin Albiqo səlib yürüşündən (1209-1229-cu illər) sonra Fransa kralının hakimiyyəti altına keçməsindən sonra inşa edilib. Qalaların yerləşdiyi bəzi ərazilər Roma Katolik Kilsəsi tərəfindən dönük elan olunan və onlara qarşı səlib yürüşü təşkil edilən katarlar (xristian dini hərəkatı) üçün sığınacaq rolunu oynayıb.

Nazir Anarla görüşmək üçün Yazıçılar Birliyinə getdi
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır
Putin Paşinyanla nə danışdı?
Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
Azərbaycanda sosialyönlü xərclərin miqdarı artıb
MEDİA-dan İranın Kəşfiyyat Nazirliyinə sərt etiraz
Çindən ABŞ-nin yuxusunu qaçıran addım
Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı
Cərimə meydançasına aparılan maşınların xərcləri sürücüyə qaytarılacaq
KOSMETOLOJİ PROSEDURLAR; RİSKLƏR, REALLIQLAR VƏ DOĞRU SEÇİM
Prezident mühüm Fərman imzaladı
Azərbaycanda yeni cərimə təsdiqləndi