Maşın təkərlərinin qara olmasının SƏBƏBİ BU İMİŞ
Tarix: Bu gün, 08:32
Baxılıb: 2 345
Google+ Paylaş
Tumblr Paylaş

Maşın təkərlərinin qara olmasının SƏBƏBİ BU İMİŞ

Bu gün, 08:32

Avtomobil təkərlərinin niyə məhz tam qara rəngdə olması uzun illərdir maraq doğuran mövzular sırasındadır. Əslində ilk istehsal olunan təkərlər açıq rəngdə idi. Lakin istehsalçılar zamanla qara rəngin sadəcə estetik bir seçim olmadığını, eyni zamanda təkərlərin dözümlülüyünü ciddi şəkildə artırdığını kəşf etdilər.
AvroMedia.az-ın araşdırmalarına əsasən, müasir dövrdə avtomobil təkərlərinin qara olmasının əsas səbəbi istehsal zamanı rezinə əlavə edilən "karbon qarası" (dəm qazı hisi/karbon qara) adlı maddədir. Bu material təkərlərin günəş şüalarına, yüksək temperatura və sürtünməyə qarşı daha davamlı olmasını təmin edir. Həmçinin təkərlərin ömrünü uzadır və yol tutumunu (tormozlanma keyfiyyətini) yaxşılaşdırır.
İlk dövrlərdə təbii rezindən (kauçukdan) istehsal edilən açıq rəngli təkərlər temperatur və günəş işığı səbəbindən daha tez sıradan çıxırdı. İstehsalçılar rezinə karbon qarası əlavə etməklə bu problemi böyük ölçüdə həll etdilər. Karbon qarası təkərin strukturunu gücləndirir, çatlama və aşınma riskini azaldır. Bunun sayəsində təkərlərdən daha uzun müddət istifadə etmək mümkün olur və sürüş təhlükəsizliyi artır. Pepperoni pizza
Ekspertlərin fikrincə, qara rəng istiliyi daha balanslı şəkildə paylayır və təkərlərin yüksək sürətdə məruz qaldığı çətin şərtlərə qarşı dözümlülük yaradır. Məhz bu səbəbdən dünyadakı avtomobil, yük maşını və motosiklet təkərlərinin böyük hissəsi qara rəngdə istehsal olunur.
Hazırda fərqli rənglərdə konseptual təkərlər hazırlansa da, dözümlülük və performans baxımından karbon qarasından istifadə edilən qara təkərlər sektorun dəyişməz standartı olaraq qalmağa davam edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ