“Qiyamət günü radiosu” yenidən aktivləşdi
Tarix: Dünən, 23:03
Baxılıb: 8 007
Google+ Paylaş
Tumblr Paylaş

“Qiyamət günü radiosu” yenidən aktivləşdi

Dünən, 23:03

“Qiyamət günü radiosu” kimi tanınan məşhur “UVB-76” hərbi radiostansiyası növbəti dəfə şifrəli mesajlar ötürüb.
AvroMedia.Az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 logi” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, efirdə iki yeni şifrəli mesaj qeydə alınıb. İlk mesaj Moskva vaxtı ilə saat 13:01-də yayılıb və orada “kryuk” (qarmaq) kodu səsləndirilib. İkinci kodlaşdırılmış mesaj isə saat 19:01-də qeydə alınıb, bu dəfə efirdə “obezyanka” (dişi meymun) sözü eşidilib.
Qeyd edək ki, radiostansiya bir gün əvvəl də qeyri-adi aktivliyi ilə diqqət çəkib və gün ərzində 20 şifrəli mesaj ötürüb.
Məlumat üçün bildirək ki, “UVB-76” 1970-ci illərdə yaradılmış SSRİ/Rusiya hərbi radiostansiyasıdır. O, demək olar ki, günün 24 saatı vızıldayan siqnal yaydığı üçün radiohəvəskarlar arasında “Jujalka” (“Vızıldayan”) kimi də tanınır. Bu stansiya Soyuq müharibə dövründə qurulmuş xüsusi hərbi rabitə və əmr şəbəkəsinin bir hissəsidir və hazırda Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ