İranın Ali Lideri Əli Xameneinin dəfn mərasimi münasibətilə yayımlanan müraciətdə onun oğlu, hazırkı Ali Lider Müctəba Xamenei sərt bəyanatla çıxış edib.
AvroMedia.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan müraciətdə o, atasının qətlinə görə məsuliyyət daşıyan şəxslərdən qisas alınacağını və bunun İran xalqının iradəsi olduğunu bildirib.
Müctəba Xamenei qisasın mütləq həyata keçiriləcəyini vurğulayıb.
“Qisas millətimizin iradəsidir və mütləq yerinə yetirilməlidir. Dünyanın azad insanları tezliklə bu ilahi vəzifənin bir hissəsini yerinə yetirəcəklər”, – deyə bəyanatda qeyd olunub.
Müctəba Xamenei atasının siyasi xəttini davam etdirəcəyini də bildirib və məsuliyyət daşıyan şəxslərin cəzasız qalmayacağını bildirib.
“Şəhidlərin və sizin təmiz qanınızın qisasını alacağımıza söz veririk. Bu cinayətə görə məsuliyyət daşıyanlar bilməlidirlər ki, bu proses ayrı-ayrı şəxslərin iştirakından asılı deyil. Biz burada olsaq da, olmasaq da, bu baş verəcək”, – deyə o əlavə edib.

Mayonezlə pomidor yesəniz nə baş verər?
Depytatlar məzuniyyətə çıxır; Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü
AZAL yeni “Airbus A321neo” təyyarəsi ilə ilk uçuşunu həyata keçirdi
Yeni hoteldə 45 nəfərə iş veriləcək
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
4 ilə bu qədər dəyişdi
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
Sürücülərin nəzərinə!
Paytaxtda növbəti daxili iməcilik keçirildi
Ukrayna yenidən vuruldu