İspaniya ardıcıl ikinci il "Blue Flag" ("Mavi bayraq") ekoloji sertifikatına layiq görülən çimərliklərin sayına görə dünya lideri olub.
AvroMedia.Az xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb.
"Blue Flag" sertifikatı yalnız təmiz suya və baxımlı sahilə görə verilmir. Çimərliklər suyun keyfiyyəti, təhlükəsizlik, ətraf mühitin idarə olunması, xidmət infrastrukturu, əlçatanlıq və ekoloji maarifləndirmə də daxil olmaqla çoxsaylı meyarlar əsasında qiymətləndirilir.
Nəşrin məlumatına görə, bu sertifikat turistlər üçün yüksək su keyfiyyəti, təhlükəsizlik, inkişaf etmiş infrastruktur və davamlı turizm prinsiplərinə uyğunluğu ifadə edir.
2026-cı ildə İspaniyada 677 çimərlik "Blue Flag" sertifikatına layiq görülüb. Onlardan biri Əndəlüs bölgəsinin Nerxa şəhərində yerləşən məşhur Burriana çimərliyidir.
Siyahıda ikinci yeri Yunanıstan tutur. Ölkədə sertifikatlı çimərliklərin böyük hissəsi Krit adasında və Halkidiki yarımadasında yerləşir.
İlk üçlüyü isə Türkiyə tamamlayır. Sertifikatlı çimərliklərin ən çoxu Antalya vilayətindədir. 2026-cı ildə siyahıya yeni ictimai çimərliklər də əlavə olunub.
"Blue Flag" sertifikatlı çimərliklərin sayına görə ilk onluq:
* İspaniya — 677;
* Yunanıstan — 624;
* Türkiyə — 614;
* İtaliya — 525;
* Portuqaliya — 404;
* Fransa — 387;
* Danimarka — 140;
* Meksika — 103;
* İrlandiya — 85;
* Xorvatiya — 78.

Samuxda yük maşını çaya aşdı
AMB-nin valyutları ehtiyatları artıb
Azərbaycan sərhədini pozan 25 nəfər saxlanıldı
Millimiz Gəncədə oynayacaq
İranda matəm elan edildi
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
Türkiyə boğazlarda tranzit haqqını artırdı
Bazar günü imtahan keçiriləcək
Ufada neft emalı zavodu vuruldu