Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən böyük sürtkü materialları istehsalçılarından biri olan Ufa neft emalı zavoduna zərbə endirib.
AvroMedia.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yazıb.
Dövlət başçısı bu zavodun cəbhə xəttindən 1300 kilometrdən çox məsafədə yerləşdiyini və artıq ikinci dəfədir vurulduğunu açıqlayıb.
Zelenski həmçinin Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin raket komponentlərinin hazırlanması və istehsalı ilə məşğul olan strateji obyektinə zərbələr endirildiyini diqqətə çatdırıb. Ukrayna lideri bu obyektin cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşdiyini bildirib.
“Sülh lazımdır və məhz bunu Rusiya rəhbərliyi dərk etməlidir. Rusiya öz müharibəsini bitirməlidir. Rusiya rəhbərliyi bunun üçün bütün imkanlara malikdir”, - Zelenski vurğulayıb.

Millimiz Gəncədə oynayacaq
İranda matəm elan edildi
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
Türkiyə boğazlarda tranzit haqqını artırdı
Bazar günü imtahan keçiriləcək
İtkin-şəhid Xaçmazda dəfn olundu
MEDİA müsabiqənin nəticələrini açıqladı
Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər 35 faizə qədər arta bilər
Bu Muzeyə 5 iyulda giriş pulsuz olacaq
Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı
Bu ölkədə istidən ölənlərin sayı 900-ə çatdı