ABŞ və İran arasında əldə olunmuş sazişin imzalanma mərasimi iyunun 19-da İsveçrənin Bürgenştok kurortunda baş tutacaq.
AvroMedia.Az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nikola Bido məlumat verib.
İsveçrəli diplomat imzalanma məkanının təfərrüatlarını bölüşüb:
“Hazırkı mərhələdə sazişin imzalanması cümə günü, iyunun 19-da Nidvalden kantonundakı Bürgenştok kurortunda planlaşdırılır. Bu məkan Pakistan və Qətər vasitəçiləri, həmçinin ABŞ və İran tərəfindən birgə təklif edilib. İsveçrə bu görüşün keçirilməsi üçün lazımi praktiki və diplomatik şəraiti yaradaraq vasitəçi rolunda çıxış edir”.
Xatırladaq ki, iyunun 15-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan tarixi razılaşmanı elan ediblər. Sənəd layihəsinə dəniz blokadasının qaldırılması, neft sanksiyalarının yumşaldılması, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması və nüvə proqramı üzrə növbəti danışıqların aparılması daxildir.
Bununla paralel olaraq, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi xarici diplomatik missiyaların nümayəndələri ilə görüşündə Tehran və Vaşinqtonun artıq bu həftə nüvə mövzusu və sanksiyalar ətrafında birbaşa danışıqlara başlaya biləcəyini qeyd edib.

17 iyun Ulduz Falı; Gündəlik rejim və balanslı həyat tərzinə diqqət edin.
Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan
Qaz xəttinə ziyan dəydi - 11 kəndə mavi yanacağın verilişi dayandırıldı
TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib
"Qarabağ" optimal formada deyil - Qurban Qurbanov
Bakıda keçirilən iclasda tarixi qərar
Ölkədə 6 ay yaşamayan şəxs seçkidə iştirak edə bilməyəcək
İsrail buna görə İrana edilən hava hücumunu dayandırıbmış
Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir
Deputatlar bu məsələlərin müzakirəsi üçün toplanır
Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi