Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə “Qan bağışlamaq həyat qurtarır!” devizi altında qanvermə aksiyası keçirilib.
AvroMedia.Az xəbər verir ki, “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında Səhmdar Cəmiyyətin 100-dən artıq əməkdaşı iştirak edib.
Qanvermə aksiyasında toplanan qan talassemiya və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub.
Aksiyada iştirak edən donorlar qanvermədən öncə Respublika Qan Bankı Publik Hüquqi Şəxsin tibbi heyətinin bütün tibbi yoxlanışlarından keçdikdən sonra qan veriblər.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında birinci xanım Mehriban Əliyeva “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan edəndən bəri “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilib.

17 iyun Ulduz Falı; Gündəlik rejim və balanslı həyat tərzinə diqqət edin.
Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan
Qaz xəttinə ziyan dəydi - 11 kəndə mavi yanacağın verilişi dayandırıldı
TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib
"Qarabağ" optimal formada deyil - Qurban Qurbanov
Bakıda keçirilən iclasda tarixi qərar
Ölkədə 6 ay yaşamayan şəxs seçkidə iştirak edə bilməyəcək
İsrail buna görə İrana edilən hava hücumunu dayandırıbmış
Tarixi imzalar bu şəhərdə atılacaq
Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir
Deputatlar bu məsələlərin müzakirəsi üçün toplanır
Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi