Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
AvroMedia.Az xəbər verir ki, fərmana əsasən, yerli mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyini rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyir.
İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir.
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir;
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır
Yatarkən diksinməyinizin səbəbi nədir?
Azərbaycanda nə qədər işsiz var?
Əhalinin son sayı
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?
6700 şəxsə reabilitasiya vasitəsi verildi
Bu gün Mübariz ibrahimovun anım günüdür
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğulub
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Avro, rubl və lirə ucuzlaşıb
Azərbaycan nefti 82.6 dollara ticarət olunur