Türkiyə Əmək Qanunvericiliyinə əsasən, şənbə və bazar günləri, eləcə də rəsmi bayram tətilləri iş gününə təsadüf etdikdə və işçilər həmin günlərdə işlədikdə, onlara əlavə əməkhaqqı ödənməsi qanunla tələb olunur.
AvroMedia.az Yenisabah.az-a istinadla xəbər verir ki, əgər işçi həftəlik istirahət günü olan şənbə və ya bazar günlərində işləyibsə, bu zaman həmin gün üçün ikiqat maaşalmaq hüququ var. Yəni işçiyə həm istirahət günü üçün adi əməkhaqqı, həm də işlədiyi üçün əlavə – artırılmış əməkhaqqı (adətən +50%) ödənməlidir.
Əgər şənbə və ya bazar günü rəsmi bayram günü ilə üst-üstə düşürsə və işçi həmin gün işləyibsə, bu halda əməkhaqqı daha da artır. Belə vəziyyətdə:
- Bayram günü üçün normal maaş,
- Əlavə işlədiyi üçün artırılmış maaş,
- Həftəlik istirahət gününə görə əlavə ödənişnəzərə alınaraq, ümumilikdə üçqat əməkhaqqı ödənməlidir.
İşlənməyən şənbə və bazar günləri – adi maaşla ödənməlidir.
Əgər həmin günlərdə işlənibsə – ikiqat maaş verilməlidir.
Əgər şənbə/bazar həm də rəsmi bayram gününə düşürsə və işlənibsə – üçqat maaşödənməlidir.
Bu qaydalar Türkiyədə həm Əmək Qanununa, həm də Yargıtay (Ali Məhkəmə) qərarlarına əsaslanır. İşəgötürənlər bu öhdəliklərə əməl etməlidirlər. Əgər bu ödənişlər həyata keçirilmir və ya düzgün hesablanmırsa, işçilər qanuni yolla öz haqlarını tələb edə bilərlər.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?