“Artıq bazara gedib vaxt itirməyə ehtiyac yoxdur. Qurbanlıq heyvanı onlayn sifariş ilə də ala bilərsiz”.
AvroMedia.az xəbər verir ki, sosial şəbəkələrdə bu cür elanlar yayılıb.
Belə elanlara isə münasibət birmənalı deyil. Hər kəsi maraqlandıran suallardan biri də budur ki, heyvanların bu yolla alınıb kəsilməsi dini baxımdan düzgündürmü?
Onlayn heyvan satışı ilə məşğul olan Siyavuş Fətəliyev deyir ki, heyvanlar satış məntəqələrinə bayrama 2 gün qalmış gətiriləcək. İstəyən gəlib ala bilər. O ki qaldı onlayn sifarişə, bu artıq 3 gündür ki, başlayıb. Tələbat isə heç də az deyil.
Siyavuş Fətəliyev deyir ki, müştəri istəyərsə, heyvan kəsilərək də göndərilə bilər. Ancaq bu zaman problemlər də ortaya çıxır. Çünki onlayn sifariş edən şəxsə heyvan çatdırılsa da, ödənişi etməkdən yayınanlar da olur.
İlahiyyatçı Ağa Hacıbəyli isə deyir ki, zəng və ya internet üzərindən qurbanlıq heyvan sifariş etmək günah sayılmır, əsas alan və satan şəxsin niyyəti təmiz, aydın olmalıdır.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?