Xəbər verdiyimiz kimi, Misirdən Azərbaycana gətirilən 500 tondan çox kartof bir aydır gömrük rəsmiləşməsindən keçirilməyib və məhsullar maşınlardan boşaldılmır. Tonlarla kartofun günlərlə avtomobillərdə qalması, onların xarab olmasına səbəb olur, bu da ciddi narahatlığa yol açır. Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə hələ verilməyib. Bu bəyannamə 15 gün ərzində təqdim edilməlidir.
Məhsul sahibinə dəymiş ziyanı kim qarşılamalıdır?AvroMedia.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, xarici ticarətdə, xüsusən də tez xarab olan məhsullarda sığorta şirkətlərinin fəaliyyətindən tez-tez istifadə olunur:
“Bu gün hansısa sənədlərin qaydasında olmadığına görə və ya başqa bəhanələrlə maşınlar gömrükdə saxlanılır, mal xarab olursa, o zaman sığorta şirkəti həmin məhsulun dəyərinin bir hissəsini və ya tamamını (bu, sığorta şərtlərindən asılıdır) ödəyir. Sənədlərin qaydasında olmaması, eləcə də maneələrin yaradılması haqda fikir səsləndirmək çətindir. Lakin sığorta yoxdursa, dəymiş ziyan təəssüf ki, iş adamının üzərində qalacaq. Yəni o, zərəri cibindən ödəmiş olacaq”.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?