Azərbaycanda nağdsız ödənişlərin təşviqi məqsədilə sahibkarlara POS-terminal quraşdırmaq və ondan istifadəni təmin etmək tələbi qoyulub. Lakin bəzi ticarət və xidmət obyektlərində bu cihazların ya quraşdırılmadığı, ya da “işləmir” bəhanəsi ilə müştərilərə xidmət göstərmədiyi müşahidə edilir. Maraqlıdır, POS-terminal işləmir bəhanəsi gətirən sahibkarları hansı cəza gözləyir?
Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə açıqlamasında bildirib ki, Azərbaycanda nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri bundan sonra ödənişləri yalnız nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər. Bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda bildirilir.
“Operativ vergi nəzarətini həyata keçirən qurumlar POS-terminalın quraşdırılması məcburi olan obyektlərdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin bu tələbləri yerinə yetirməsinə ciddi nəzarət edir. Qaydalara əsasən, POS-terminalın quraşdırılmaması, nağdsız ödənişlərin qəbulundan imtina edilməsi və ya nəzarət-kassa aparatlarından istifadənin dayandırılması hallarında sahibkarlar üçün cərimələr nəzərdə tutulub”.Vəkil qeyd edir ki, bu qayda pozuntusuna təqvim ili ərzində birinci dəfə yol verən vergi ödəyicisi 1000 manat, ikinci dəfə 3000 manat, üç və ya daha çox dəfə isə 6000 manat məbləğində cərimələnəcək.

Hər gün qəhvə içirsinizsə, bunları bilməlisiniz!
ABŞ İranla müharibədə neçə milyard xərcləyib?
Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı