Qərbi Azərbaycan Xronikası: “Deportasiya olunan azərbaycanlıları Qarabağa buraxmadılar” - VİDEO
Tarix: 27-11-2023, 22:01
Baxılıb: 2 621
Google+ Paylaş
Tumblr Paylaş

Qərbi Azərbaycan Xronikası: “Deportasiya olunan azərbaycanlıları Qarabağa buraxmadılar” - VİDEO

27-11-2023, 22:01

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
AvroMedia.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi riyaziyyat elmləri doktoru, professor, “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev olub.
O, doğulub boya-başa çatdığı Amasiya rayonunun Göllü kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb.
Bildirib ki, Amasiya rayonunun 27 yaşayış məntəqəsindən cəmi 5-ində ermənilər yaşayıb. Rayon mərkəzində isə azərbaycanlıların üstünlüyü ilə ermənilər bir yerdə yaşayıblar. Göllü kəndində vaxtilə min nəfərə yaxın sakinin yaşadığını dilə gətirən professor qeyd edib ki, hazırda Qərbi Azərbaycanın bir çox kəndləri ermənilər tərəfindən xarabalığa çevrilib.
H.Musayev deyib ki, Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı daim ayrı-seçkilik, diskriminasiya özünü göstərib. Onun sözlərinə görə, azərbaycanlılar üzləşdikləri çətinlikləri ram etmək üçün təhsilə, elmə xüsusi əhəmiyyət veriblər. Ağbaba mahalının ötən əsrdə dörd dəfə deportasiya və soyqırımına məruz qaldığını dilə gətirən H.Musayev söyləyib ki, ermənilər 1988-ci ildə də azərbaycanlılara qarşı zorakılıq nümayiş etdirib, iki nəfər Göllü sakinini vəhşicəsinə qətlə yetiriblər. Baş redaktor bildirib ki, həmin dövrlərdə Azərbaycana rəhbərlik edənlər Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə verməyiblər. Onun sözlərinə görə, əgər o zaman belə bir siyasi səhvə yol verilməsəydi, Qarabağda demoqrafik vəziyyət azərbaycanlıların xeyrinə daha da güclənər, sonrakı müddətdə üzləşdiyimiz işğal faktı yaşanmazdı.
Qərbi Azərbaycan İcmasının fəaliyyətindən söhbət açan professor qeyd edib ki, Qayıdış Kosepsiyasının əsasını vaxtilə ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızla bağlı imzaladığı fərman təşkil edir. H.Musayevin fikrincə, ulu öndərin ideyaları hazırda onun davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirib ki, indi əsas məsələ Qərbi Azərbaycana qayıtmaq uğrunda mübarizənin öz müsbət nəticəsini verəcəyinə inanmaq, güvənmək və bu yolda inadkarlıq göstərməkdir. Baş redaktorun sözlərinə görə, vaxtı çatmış ideyanın reallığa çevrilməsini dünyanın ən güclü ordusu da əngəlləyə bilməz. O söyləyib ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq istəyi, bu istiqamətdə atılan addımlar artıq erməniləri ciddi narahat edir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ