Qərbi Azərbaycan Xronikası: Sərxoş Xruşşova ermənilər nə imzalatdırdı? - VİDEO
Tarix: 16-06-2023, 21:39
Baxılıb: 2 411
Google+ Paylaş
Tumblr Paylaş

Qərbi Azərbaycan Xronikası: Sərxoş Xruşşova ermənilər nə imzalatdırdı? - VİDEO

16-06-2023, 21:39

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Erməni etiraf etdi ki, qələbə sizin olacaq” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Zərkənd sakini, 1941-ci il təvəllüdlü Xanəli Nəbiyevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və gənclik illərindən, orada başına gələn çətinliklərdən söz açıb, 1988-ci ildə deportasiya zaman doğulub boya-başa çatdığı kəndə daxil olan rus hərbçilərdən söz açıb: “O vaxt kəndə rus hərbçiləri doldurdular. Hərbçilər bizi ermənilərdən müdafiə edirdilər. Hərbçilər deyirdilər ki, məcbur çıxın. Biz məcburən çıxırdıq. Sobamız yanılı, stolumuzun üstü bəzəkli, qazanda xörəyimiz qaldı. Biz heç bir şey istifadə edə bilmirdik. 1988-ci ilin dekabrında qarlı-qadalı günlərdə biz gəlib Azərbaycanda məskunlaşdıq. Hərə bir tərəfdə qohum-əqrabanı itirdik”.
Onun sözlərinə görə, ermənilər işgəncə, vəhşilik, pis hadisələr törədir, bicliklər edirdilər: “Mən 1960-cı ilin oktyabr ayında əsgərliyə getmişəm, Leninqrad şəhərində olmuşam. Ermənilərlə davalarımız olub. Amma biz hər yerdə onlara müqavimət göstərmişik. Onları biz həmişə məğlub eləmişik. Bizim onlar qabağımızda at oynada bilməyiblər. Əsgərliyə gedib gələndən sonra Zod qızıl mədənində fəhlə işləmişəm, qazmaçı. Nə az, nə çox mən 38 il orada işləmişəm. Ermənilər orada bizi qırmalı idi. Camaat Nərimanlı ilə Zod kəndinin arasına, dəmir yolunun qırağına yığılmışdı. Mitinq edirdilər. Bir nəfər oradan salamat çıxmamalı idi. Ermənilər 1988-ci ildə əmr vermişdilər ki, mitinqdəkiləri qırsınlar”.
X.Nəbiyev ermənilərin Yerevanı türksüz görmək istədiklərini vurğulayıb: “1988-ci ildə mən Yerevan şəhərinə getdim. Orada dostum var idi. Onların həyətinə çatanda gördüm, aralıda 6-7 nəfər söhbət edir. Həmin mənim dostumun yönü mən tərəfə düşdü. Məni görəndə işarə etdi ki, sən get o tərəfə, bura gəlmə. Bu söz-söhbət həmin bu davadan, müharibədən gedirmiş. O mənə dedi ki, gəl, bunlar səni görməsinlər. Mənə dedi ki, bu, bizim birinci və axırıncı görüşümüz olacaq. Bu haqq-hesab 1990-1991-ci ildə olmalı idi. Bizim ideyamız 3 il tez yetişdi. Amma qələbə sizin olacaq”.  
X.Nəbiyev oranı daim xatırladığını və kəndə qayıtmaq istəyini bildirib: “Biz oranı əziz xatırlayırıq. Çünki oranın o torpağı bizə nəfəs verirdi. Hər bir şey bizə ruh verirdi. Biz elə o ruh ilə də yenə həmin o torpaqları görmək istəyirik. Bizim qəlbimiz hər zaman o torpaqnandır. O torpaqda ölməyə hazırıq. Gecə yatanda da yuxumuzda biz o torpağı görürük. Biz o torpağın qayğısını çəkmişik. Ata-babalrımız, nənə-babalarımız hamısı o torpaqda uyuyub, biz də onların yanında uyumalıyıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı süjetdə:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ