Məktəblərdə tədris ili iyunun 14-də başa çatacaq.
Bu sözlər AvroMedia.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məktəblərdə tədrisin mayda yekunlaşacağı ilə bağlı iddialara cavabda bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” təsdiq edilib:
“Həmin sənədin 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Bu baxımdan, cari tədris ilinin sözgedən sənəddə qeyd olunandan fərqli tarixdə bitməsi məsələsi müzakirə mövzusu deyil”.
Qeyd edək ki, sosial şəbəkələrdə ilin isti keçməsi səbəbindən orta məktəblərdə tədrisin 31 mayda başa çatacağı iddiası yayılmışdı.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi