Naxçıvan Qızlar Liseyinə yeni direktor təyin edilib.
AvroMedia.az Modern.az-a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə İlahə Vahid qızı Fərəcova gətirilib. O, bundan əvvəl Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Məlumatı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən təsdiqləyiblər.
Xatırladaq ki, liseyə əvvəllər Naxçıvan Ali Məclisinin deputatı Aidə Allahverdiyeva rəhbərlik edib.
Qeyd edək ki, Naxçıvan Qızlar Liseyi Naxçıvan Muxtar Respublikasında 1992-ci ildə "Xanım Qızlar Pansionu" adı ilə yaradılıb. 2004-cü ildən Naxçıvan Qızlar Liseyi adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar məktəbidir.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb