“Builki keçid ballarında dəyişikliyin olacağı gözlənilir”.
Bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 9-u başlayıb 19-na kimi davam edəcək: “Sonrakı mərhələdə kolleclərə də ixtisas seçimi elan olunacaq”.
V.Misirov əlavə edib ki, növbəti həftə “Abituriyent-4” jurnalı çap olunacaq: “Həmin jurnalda plan yerləri olacaq. Gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq”.
Keçid ballarında dəyişikliyin gözlənildiyini qeyd edən aparat rəhbəri deyib ki, hansı qruplar üzrə dəyişiklik olacağı ixtisas seçimindən sonra dəqiq bilinəcək.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb