Tələbələrə şad xəbər - Dəyişiklik edildi
Tarix: 14-05-2024, 10:32
Baxılıb: 2 345
Google+ Paylaş
Tumblr Paylaş

Tələbələrə şad xəbər - Dəyişiklik edildi

14-05-2024, 10:32

Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib.
AvroMedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 
Qərara əsasən, təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial təhsil tələbə kreditindən (TTK) istifadə etmək hüququna malik olan tələbələrin əhatə dairəsi genişləndirilib. Bura aşağıdakılar daxil edilib:
-ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;.
– ailə başçısını itirməyə görə sosial müavinət alanlar;
– bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslər;
– bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər.
Qərara əsasən, TTK-nin qaytarılması zamanı bu Qaydada nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə aşağıdakı qaydada həyata keçirilir:
– borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri (yarımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin məsul şəxsi gücləndirilmiş elektron imza ilə təsdiqləyir;
– Fond elektron sistem vasitəsilə əldə etdiyi məlumatları nəzərdən keçirərək 3 (üç) iş günü müddətində bu Qaydada nəzərdə tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemə ötürülür və tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir;
– müvəkkil bank bu Qaydada qeyd olunan məlumatları elektron sistem vasitəsilə əldə etdikdən sonra 3 (üç) iş günü müddətində borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər elektron sistemə ötürülür.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ