Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
Tarix: 18-04-2024, 13:14
Baxılıb: 2 360
Google+ Paylaş
Tumblr Paylaş

Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı

18-04-2024, 13:14

2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulunun vaxtı açıqlanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
O bildirib ki, sənəd qəbulu elektron qaydada 1 may tarixindən başlayacaq və 13 sentyabra qədər davam edəcək: “Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir”.
Eşqi Bağırov  qeyd edib ki, bu il Azərbaycan bölməsi üzrə 82 minə yaxın şagird məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ