KİV: İsrail ordusu Livanın cənubundakı Bofor qalasına doğru irəliləyir
Tarix: 29-05-2026, 08:11
Baxılıb: 3 524
Google+ Paylaş
Tumblr Paylaş

KİV: İsrail ordusu Livanın cənubundakı Bofor qalasına doğru irəliləyir

29-05-2026, 08:11

İsrail ordusuna məxsus 16 tank və 7 zirehli transportyorundan ibarət hərbi kolonna Livanın Nəbatiyyə vilayətində yerləşən orta əsrlərə aid Bofor qalasına (Kalaat əş-Şkif) doğru irəliləyir.
AvroMedia.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri hücum əməliyyatı çərçivəsində 1982-2000-ci illərdə Cənubi Livanın işğalı dövründə nəzarətlərində olmuş qalaya yenidən nəzarəti bərpa etməyə çalışırlar.
Bildirilib ki, mayın 28-də “Hizbullah” silahlılarının fəaliyyət göstərdiyi qalanın ətraf əraziləri intensiv bombardmana məruz qalıb. Arnun, Yohmur və Nəbatiyyə əl-Fauka ətrafından yaralılarla bağlı məlumatlar daxil olub.
Məlumata görə, İsrail qüvvələri daha əvvəl Zaütər əş-Şərqiyyə strateji bölgəsinə nəzarəti ələ keçirərək Litani çayının şimal sahilinə çıxıblar və müqavimət ocaqlarını zərərsizləşdiriblər.
“Hizbullah” isə yaydığı bəyanatda son sutka ərzində 19 silahlı əməliyyat keçirdiyini və İsrail ordusuna canlı qüvvə və texnika baxımından itkilər verdiyini iddia edib. Qruplaşma İsrail hərbçilərinin mövqelərinin və mexanikləşdirilmiş patrullarının Raşaf, Şamaa və Əl-Bəyad bölgələrində atəşə tutulduğunu bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ