Rubio: İranla razılaşma mətninin hazırlanması bir neçə gün çəkə bilər
Tarix: 26-05-2026, 08:21
Baxılıb: 3 827
Google+ Paylaş
Tumblr Paylaş

Rubio: İranla razılaşma mətninin hazırlanması bir neçə gün çəkə bilər

26-05-2026, 08:21

ABŞ dövlət katibi Marko Rubio İranla sülh razılaşmasının mətninin hazırlanmasının bir neçə gün davam edə biləcəyini bildirib.
AvroMedia.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Rubio qeyd edib ki, daha əvvəl Qətərdə İranla bağlı danışıqlar keçirilib.
“Görək, irəliləyiş əldə edə biləcəyikmi”, - deyə ABŞ dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, müzakirələr əsasən ilkin mətnin dəqiqləşdirilməsi üzərində cəmlənib və bu proses bir neçə gün çəkə bilər.
“Prezident Donald Tramp razılaşma əldə etmək niyyətini ifadə edib. Ya o, saziş bağlayacaq, ya da yox”, - Rubio əlavə edib.
Hazırda Hindistanda səfərdə olan ABŞ dövlət katibi həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpasının vacibliyini vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ