ABŞ müdafiə naziri Pit Heqsetin amerikalı hərbçilərin Polşaya göndərilməsi planını ləğv etməsi Avropa müttəfiqləri üçün gözlənilməz olub.
AvroMedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Pit Heqsetin bu qərarı təkbaşına verdiyi iddia edilir və əmrin səbəbləri hələ də tam aydın deyil.
Nəşrin yazdığına görə, Avropa siyasətçiləri Vaşinqtondan gələcək yeni sürpriz qərarların olub-olmayacağını anlamağa çalışırlar.
“Bunun baş verəcəyindən heç bir məlumatımız yox idi”, - mənbələrdən biri bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merts ilə siyasi fikir ayrılıqları fonunda Amerika hərbi kontingentinin bir hissəsinin Almaniyadan Polşaya köçürülə biləcəyini açıqlamışdı.
Daha sonra “Defense News” nəşri ABŞ-nin 4 mindən çox hərbçini Polşaya göndərmək planından imtina etdiyini yazmışdı.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb