“4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan minaların ağır humanitar təsirinin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiq edir”.
AvroMedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşılan bəyanatda deyilir.
“Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmağa, yenidənqurmanı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olmağa davam edir.
Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalmaqda davam edir.
Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə səylərinə və zərərçəkənlərə yardım göstərilməsinə dəstəyi gücləndirməyə çağırırq.
Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir”, - XİN bəyan edib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb