Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınıb.
AvroMedia.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emil Həsənzadə deyib.
Emil Həsənzadə humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərildiyini qeyd edib.
O, humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsullarının da əlavə olunduğunu vurğulayıb.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb