İctimai TV rəhbəri Balakişi Qasımovun vəzifəsi ilə vidalaşacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
AvroMedia.Az Olay-a istinadla xəbər verir ki, bununla bağlı telekanalın mətbuat xidmətindən bildirilib:
“İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin mayın sonunda keçiriləcək. Baş direktor yalnız seçkinin nəticəsində müəyyən olunacaq”.
Qeyd edək ki, mətbuat.az-da yer alan məlumata görə, Balakişi Qasımovun səlahiyyət müddəti mayda başa çatacaq. Bununla əlaqədar olaraq mayın sonuna kimi İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclası keçiriləcək.
İclasın gündəliyinə yeni baş direktorun seçilməsi ilə bağlı məsələnin də daxil edilməsi gözlənilir.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb