Prezident İlham Əliyevin 23 fevral 2026-cı il tarixli Sərəncamına əsasən “AzerGold” QSC-nin “Tərəqqi” medalı ilə təltif olunmuş bir qrup əməkdaşı ilə görüş keçirilib.
AvroMedia.Az xəbər verir ki, cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət təltifinə layiq görülən mütəxəssisləri kollektiv adından təbrik edib.
Zakir İbrahimov bildirib ki, bu mükafat ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold”un fəaliyyətə başlamasının 10 illiyi çərçivəsində həm fərdi nailiyyətlərə, həm də bütövlükdə kollektivin əməyinə verilən yüksək dəyərin göstəricisidir. Sədr göstərilən diqqətə görə kollektiv adından dövlət başçısına təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, bu etimad əməkdaşların fəaliyyətlərini daha böyük əzmlə davam etdirmələri üçün mühüm stimul yaradır.
Dövlət təltifinə layiq görülən əməkdaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlar göstərilən etimadı doğruldacaqlarını və fəaliyyətlərini daha böyük məsuliyyətlə davam etdirəcəklərini vurğulayıblar.
Sonda əməkdaşlara “Tərəqqi” medalları və vəsiqələr təqdim olunub

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb